İngiltərə klubu son 62 ildə ilk dəfə bir ayda 5 matçda məğlub olub | Icma.az
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərənin "Mançester Yunayted" klubu son 62 ildə ilk dəfə bir ay ərzində 5 matçda məğlub olub.
"Report" "Manchester Evening News"ə istinadən xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının XIX turunda "Nyukasl"a məğlubiyyətdən (0:2) sonra reallaşıb.
Bu, Mançester təmsilçisinin beşinci məğlubiyyəti olub. Komanda sonuncu dəfə 1962-ci ildə bir ay ərzində çempionatda 5 matçda məğlub olmuşdu.
Qeyd edək ki, "qırmızı şeytanlar" dekabrda "Nyukasl"a (0:2), "Vulverhempton"a (0:2), "Bornmut"a (0:3), "Nottingem Forest"ə (2:3) və "Arsenal"a (0:2) uduzub.
Komanda hazırda turnir cədvəlində 22 xalla 14-cü pillədə qərarlaşıb.
Bizim Telegram kanalımıza abunə olun Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu