futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Mançester Yunayted” qapıçısı Altay Bayındırı icarəyə verib.
Futbolpress.az xəbər verir ki, türkiyəli qolkiper 2026/27 mövsümünü “Selta”da keçirəcək. 29 yaşlı oyunçu artıq İspaniya klubunun düşərgəsinə qoşulub.
“Mançester Yunayted” Altayın icarəsindən 4 milyon avro qazanacaq. Viqo təmsilçisi mövsümün sonunda qapıçının transfer hüquqlarını ala bilər.
Bayındır 2023-cü ildən “qırmızı şeytanlar”ın formasını geyinir. O, komandada cəmi 10 oyunda meydana çıxıb.