İngiltərə klubu üç futbolçusu ilə müqavilə müddətini uzadıb

16.05.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 16 may, AZƏRTAC

İngiltərənin “Fulhem” komandası üç futbolçusu ilə müqavilə müddətini yeniləyib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, cinah oyunçuları Harri Uilson, Adama Traore və hücumçu Raul Ximenez daha bir il London təmsilçisinin formasını geyinəcəklər.

“Fulhem” hazırda Premyer Liqanın turnir cədvəlində 51 xalla 11-ci yerdə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью