futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Real”ın futbolçusu Vinisius Junior karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, “Arsenal” braziliyalı hücumçunun keçidi üçün Madrid klubu ilə anlaşıb. Bu barədə “HandofArsenal” portalı məlumat yayıb. London klubu Vinisiusla danışıq aparır. “Topçular” braziliyalıya həftəlik 400 min funt-sterlinqdən çox məvacib təklif edib.
Daha əvvəl “Real”ın Vinisiusa ultimatum verdiyi və klubdakı gələcəyi ilə bağlı qısa zamanda qərar qəbul etməli olduğu bildirilib.