İngiltərə klubunda yeni baş məşqçi

21.12.2024

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Vulverhempton”un yeni baş məşqçisi müəyyənləşib.

İngiltərə klubunu bundan sonar Vitor Pereyra çalışdıracaq. Portuqaliyalı mütəxəssis yeni vəzifədə bazar günü istefaya göndərilən Qari O’Nili əvəzləyəcək. 56 yaşlı məşqçinin təyinatının tezliklə rəsmən açıqlanacağı bildirilib.
“Vulverhempton” Pereyra üçün onun çalışdırdığı “Əl-Şəbab”a (Səudiyyə Ərəbistanı) təzminat ödəyəcək. hələlik təzminatın məbləği açıqlanmayıb.
Xatırladaq ki, Pereyra bundan əvvəl “Portu”, “Olimpiakos”, “Şanxay”, “Fənərbaxça”, “Flamenqo” və “Korintians”ı çalışdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью