İngiltərə klubundan 24 milyonluq transfer

15.08.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin “Kristal Pelas” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Belçikanın “Yunion” klubundan Alan Xalailini transfer edib. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Kristal Pelas” israilli futbolçu üçün klubuna 24 milyon avro transfer haqqı ödəyəcək.

Xalaili 2024-cü ildən “Yunion”da çıxış edirdi. O, komandada 72 oyunda 5 qola imza atıb.

Yarımmüdafiəçi İsrail millisinin də üzvüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью