İngiltərə klubundan En Nesiri həmləsi: 17 milyonluq təklif

15.01.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

Hücum xəttini gücləndirmək istəyən "Everton" Türkiyənin "Fənərbağça" klubuna rəsmi təklif göndərib.

Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisi mərakeşli forvard Yusuf En-Nesirini heyətinə qatmaq üçün danışıqlara başlayıb.

Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, təklifin detallarına əsasən, futbolçunun əvvəlcə icarəyə götürülməsi, mövsüm sonunda isə 17 milyon funt-sterlinq qarşılığında birdəfəlik satın alınması nəzərdə tutulur.

Hazırda tərəflər arasında maliyyə şərtləri ilə bağlı aktiv müzakirələr davam edir. Bu mövsüm 25 matçda 8 qol və 1 asistlə fərqlənən En-Nesiri karyerasını Premyer Liqada davam etdirməyə müsbət yanaşır.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью