İngiltərə klubundan “Fənərbağça”ya 33 milyonluq təklif

10.05.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

İngiltərənin “Brayton” klubu “Fənərbağça”nın futbolçusu Fərdi Kadıoğlunu transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Premyer Liqa klubu türkiyəli cinah oyunçusu üçün 33 milyon avro təklif edib.

Fərdi ötən mövsüm 51 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью