İngiltərə klubunun 15 yaşlı oyunçusu vəfat etdi

14.12.2024

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Vest Hem” akademiyasının üzvü Oskar Feyrs vəfat edib.

Futbolpress.az xəbər verir ki, oyunçu 15 yaşında dünyasını dəyişib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

U-15 komandasında qapıçı olan Feyrsdə 2023-cü ildə xərçəng aşkarlanmışdı. Həmin vaxtdan sonra 7 əməliyyat keçirən oyunçunun həyatını xilas etmək mümkün olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью