İngiltərə klubunun baş məşqçisi postundan ayrıldı

18.11.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Blekbern"in baş məşqçisi Toni Moubrey səhhətindəki problemlərə görə vəzifəsindən ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Nə klub, nə də məşqçi səhhətdəki bu problemlərin nədən ibarət olduğunu açıqlayıb.

Moubrey 2026-cı ilin yayında ikinci dəfə "Blekbern"ə rəhbərlik etməyə başlayıb. Ötən mövsüm klub Çempionşipdə 20-ci yeri tutub.

O, daha əvvəl 2017-ci ildən 2022-ci ilə qədər də komandanın "sükanı arxasında" olub. 

Hazırda "Blekbern" 15 oyundan sonra 21 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, 62 yaşlı mütəxəssis karyerası ərzində "Birmingem", "Vest Bromviç" kimi klublara rəhbərlik edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью