İngiltərə klubunun futbolçusu 9 oyunluq diskvalifikasiya edilib

08.11.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərənin səviyyəcə ikinci liqası sayılan Çempionşip təmsilçisi "Preston"un futbolçusu Milutin Osmaiç 9 oyunluq diskvalifikasiya edilib.

"Report" İngiltərə Futbol Assosasiyasına istinadən xəbər verir ki, monteneqrolu hücumçunun cəzalanmasına səbəb həmkarını irqi zəmində təhqir etməsi olub.

Hücumçu bu ilin fevralında keçirilən çempionat matçında Tunis millisinin və "Börnli"nin yarımmüdafiəçisi Hannibal Meybriyə qarşı irqçi ifadələr işlədib.

Bu, futbolçunun ilk qalmaqallı hərəkəti deyil. O, 2024-cü ildə rəqibinin boynundan dişlədiyinə görə də 8 oyunluq diskvalifikasiya edilmişdi.

Qeyd edək ki, M.Osmaiç 2023-cü ildən "Preston"da çıxış edir. Komanda Çempionşipin turnir cədvəlində 4-cü yeri tutur.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью