İngiltərə klubunun futbolçusunun evi qarət olundu

04.12.2024

Icma.az, Sfera.az saytına istinadən bildirir.

İngiltərənin "Brayton" klubunun futbolçusu Valentin Barkonun evi qarət edilib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun sevgilisi sosial şəbəkələrdə bildirib.

Hazırda "Sevilya"da icarə əsasında çıxış edən argentinalı futbolçunun sevgilisi İspaniyadakı evlərində baş verən oğurluq hadisəsinin görüntülərini sosial şəbəkələrdə paylaşıb və təhlükəsizliyin aşağı səviyyədə olmasından şikayətlənib.

Qadın artıq polisə şikayət etdiklərini bildirib.

Qeyd edək ki, bu il Argentinın "Boka Xuniors" klubundan "Brayton"a transfer olunan V.Barko 2025-ci ilin yayına qədər İspaniya klubuna icarəyə verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью