İngiltərə klubunun futbolçusunun evi qarət olunub

04.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin "Brayton" klubunun futbolçusu Valentin Barkonun evi qarət edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun sevgilisi sosial şəbəkələrdə bildirib.

Hazırda "Sevilya"da icarə əsasında çıxış edən argentinalı futbolçunun sevgilisi İspaniyadakı evlərində baş verən oğurluq hadisəsinin görüntülərini sosial şəbəkələrdə paylaşıb və təhlükəsizliyin aşağı səviyyədə olmasından şikayətlənib.

Qadın artıq polisə şikayət etdiklərini bildirib.

Qeyd edək ki, bu il Argentinın "Boka Xuniors" klubundan "Brayton"a transfer olunan V.Barko 2025-ci ilin yayına qədər İspaniya klubuna icarəyə verilib.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью