İngiltərə klubunun qapıçısı faciəvi şəkildə həlak olub

20.12.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərənin "Barton Taun" klubunun qapıçısı Ceyms Hiçkok ötən həftəsonu faciəvi şəkildə həlak olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bazar günü York şəhərinin dəmir yolu stansiyasında baş verib.

30 yaşlı qapıçı ölümlə nəticələnən ciddi baş travmaları alıb. Futbolçunun həyat yoldaşı və uşağı qalıb. Cinayətlə bağlı qətl və soyğunçuluqda ittiham olunan 22 yaşlı Makkenzi Dikiçço həbs edilib.

Qeyd edək ki, "Barton Taun" İngiltərənin 9-cu divizionunda çıxış edən yarıpeşəkar klubdur.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью