İngiltərə klubunun qapıçısı öldürüldü

20.12.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

“Barton Town” klubunun qapıçısı Ceyms Hitçkok ötən həftə sonu hücum nəticəsində faciəvi şəkildə ölüb.

Publika.az xəbər verir ki, hadisə bazar günü saat 20:45-də York dəmir yolu vağzalında baş verib. Ona 22 yaşlı Makkenzie Dikikko adlı şəxs hücum edib. 30 yaşlarında olan zərərçəkən başından ağır xəsarətlər alıb.

Hücum edən şəxs saxlanılıb. O, qətl və quldurluqda ittiham olunur.

"Barton Taun" İngiltərənin səviyyəcə 9-cu divizionunda çıxış edən yarıpeşəkar klubdur.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью