İngiltərə klubunun xalları silinə bilər AZƏRTAC

02.01.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 2 yanvar, AZƏRTAC

İngiltərə Premyer Liqasında çıxış edən "Lester"in xalları silinə bilər.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, klub ölkə çempionatının maliyyə qaydalarını pozmaqda ittiham olunur.

Hüquqşünaslar pozuntulara yol verilib-verilmədiyini müəyyənləşdirmək üçün yaxın iki həftə ərzində göstəriciləri qiymətləndirəcəklər. Sanksiya qərarının yanvarın 13-də dərc olunacağı gözlənilir.

Qeyd edək ki, “Lester” klubu 2022/2023-cü illər mövsümündə maliyyə qaydalarını pozmaqda ittiham edilir. Komanda hazırda 14 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью