İngiltərə klubunun yeni baş məşqçisi AÇIQLANDI

09.01.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Ötən gün Xuan Lopeteqi ilə yollarını ayrıan “Vest Hem” yeni baş məşqçi təyinatını reallaşdırıb.
Bizim.Media xəbər verir ki, London klubunu bundan sonra 49 yaşlı ingiltərəli mütəxəssis Qrem Potter çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb:
“Vest Hem” Qrem Potteri klubun yeni baş məşqçisi kimi qəbul etməkdən məmnundur. 49 yaşlı mütəxəssis “Çəkiclər”lə iki il yarımlıq müqavilə imzalayıb. Potter cümə günü FA Kubokunun 3-cü raundunda “Aston Villa”ya qarşı görüşdə ilk dəfə yeni komandasına rəhbərlik edəcək”.
Qeyd edək ki, Potterin baş məşqçi kimi işlədiyi sonuncu klub “Çelsi” olub.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью