İngiltərə kralı da süni intellektdən narahatdır

18.09.2026

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

İngiltərə kralı III Çarlz süni intellekt dünyasının və Böyük Britaniya hökumətinin aparıcı nümayəndələrinin iştirakı ilə xüsusi sammit keçirib.

Banco.az xəbər verir ki, Ayrşirdə kralın xeyriyyə fonduna məxsus XVIII əsrə aid Damfris Evində keçirilən görüşdə “Nvidia” şirkətinin baş direktoru Jensen Huang, “OpenAI” və “Anthropic” şirkətlərinin rəhbərləri, Böyük Britaniyanın yeni süni intellekt naziri Kanishka Narayan və ölkənin xarici kəşfiyyat xidmətinin rəhbəri iştirak ediblər. Sammitə həmçinin Papa XIV Leo-ya süni intellekt məsələləri üzrə məsləhət verən Paolo Benanti də qatılıb.

Kral III Çarlz çıxışında süni intellektin yaratdığı imkanlarla yanaşı, potensial təhlükələrə də diqqət çəkib. O, iştirakçıları texnologiyanın mümkün mənfi nəticələrinin qarşısını almaq üçün gec olmadan effektiv mexanizmlər yaratmağa çağırıb.

Kral tibb və elm sahələrini nümunə göstərərək bildirib ki, süni intellekt artıq insanların həyatını yaxşılaşdırmaq və xilas etmək üçün böyük potensial nümayiş etdirir. Bununla yanaşı, texnologiyanın yaradıcıları süni intellektin gələcəkdə daha təhlükəli imkanlar əldə edə biləcəyi barədə xəbərdarlıqlar edirlər.

III Çarlz süni intellektin nəzarətsiz şəkildə inkişaf etməsinin mümkün nəticələrinə toxunaraq deyib:

“Hər şey üçün çox gec olmamışdan əvvəl, mütləq adekvat nəzarət mexanizmlərinə ehtiyacımız var, elə deyilmi?”

Kral həmçinin süni intellektin yanlış əllərdə fəlakətli nəticələrə səbəb ola biləcək şəkildə istifadə edilməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Çıxışının sonunda III Çarlz süni intellektin yaratdığı imkanlardan bəşəriyyətin faydalanması üçün beynəlxalq əməkdaşlıq və konsensusun gücləndirilməsinə çağırış edib.

“Sizin vəzifəniz təkcə texnologiyanı inkişaf etdirmək deyil, həm də onun bəşəriyyətə, cəmiyyətə və təbiət aləminə xidmət etməsini təmin etməkdir”, – deyə kral bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью