İngiltərə Kuboku: Çelsi rəqibinə rəhm etmədi

11.01.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərə Kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, "Çelsi" aşağı liqa təmsilçisi "Morkam"la üz-üzə gəlib.

Paytaxt Londondakı "Stemford Bric" arenasında baş tutan qarşılaşmada "zadəganlar" rəqiblərinə rəhm etməyiblər. Belə ki, meydan sahibləri qonaqların qapısından 5 cavabsız top keçirməklə qalib gəliblər. Feliks və Nkunku dublla yadda qalıblar.

Bununla da, "Çelsi" adını İngiltərə Kubokunun 1/16 final mərhələsinə yazdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью