İngiltərə Kuboku: Mançester Siti 8 qol vurdu

12.01.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərə Kubokunun 1/32 final mərhələsində "Mançester Siti" aşağı liqa klubu "Solford Siti"ni qəbul edib.

Oxu.Az xəbər verir ki, "Etihad" stadionuna toplaşmış azarkeşlər təkqapıya oyunun şahidi olublar. Belə ki, "şəhərlilər" qonaqları 8 cavabsız qolla darmadağın ediblər - 8:0.

Qvardiolanın yetirmələrindən Makeyti het-trikə, Doku dubla imza atıb.

Beləliklə də, "Liverpul" və "Çelsi"dən sonra "Siti" də adını 1/16 final mərhələsinin iştirakçıları sırasına yazdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью