Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
İngiltərə Kubokunda ikinci yarımfinal matçı baş tutub.
Oxu.Az xəbər verir ki, Uemblidəki qarşılaşmada "Nottingem" "Mançester Siti" ilə üz-üzə gəlib.
"Şəhərlilər" rəqiblərini 2 dəfə məyus etməyi bacarıblar - 0:2.
Qeyd edək ki, ilk yarımfinalda "Kristal Pelas" "Aston Villa"nı 3 cavabsız qolla keçərək adını finala yazdırıb. Həlledici matç mayın 17-də oynanılacaq.
Xatırladaq ki, kubokun son qalibi "Mançester Yunayted"dir.