İngiltərə Kuboku: Mançester Yunayted Arsenalı məğlub edib

12.01.2025

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

"Mançester Yunayted" İngiltərə Kubokunun üçüncü mərhələsində "Arsenal"ı penaltilər seriyasında məğlub edib.

"Report"un məlumatına görə, qarşılaşma Londonda baş tutub.

Əsas vaxt və iki əlavə hissə 1:1 hesabı ilə başa çatıb. "Arsenal"ın heyətində Qabriel (63-cü dəqiqə), "Mançester Yunayted"in heyətində Bruno Fernandes (52) fərqlənib. Penaltilər seriyasında “Mançester”in futbolçuları daha dəqiq olub - 5:3.

61-ci dəqiqədə qonaqların müdafiəçisi Dioqo Dalot ikinci sarı vərəqə alaraq meydandan qovulub. 72-ci dəqiqədə “Mançester Yunayted”in qapıçısı Altay Bayındır “Arsenal”ın yarımmüdafiəçisi Martin Edeqorun yerinə yetirdiyi penalti zərbəsini dəf edib.

"Mançester Yunayted"in 4-cü turdakı rəqibi keçiriləcək püşkatma ilə müəyyənləşəcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью