İngiltərə Liqa Kuboku: Arsenal ev matçında Nyukasla uduzdu

08.01.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

İngiltərə Liqa Kubokunun ilk yarımfinal oyununda London "Arsenal"ı evdə "Nyukasl"a uduzub.

Oxu.Az xəbər verir ki, "topçular" 2 cavabsız qol buraxaraq meydanı məğlub tərk ediblər - 0:2.

Komandalar arasında cavab oyunu fevralın 5-də Nyukaslda keçiriləcək.

Yanvarın 8-də isə ikinci yarımfinal cütünün ilk görüşü baş tutacaq. Londonun digər təmsilçisi "Tottenhem" paytaxt stadionunda "Liverpul"la qarşılaşacaq. Cavab matçı fevralın 6-da Liverpulda oynanılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью