İngiltərə Liqa Kuboku: Arsenal geridönüş edərək yarımfinala adladı

19.12.2024

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin görüşləri keçirilir.

Oxu.Az xəbər verir ki, "Arsenal" öz meydanında "Kristal Pelas"ı sınağa çəkib.

Oyunda artıq ilk dəqiqələrdə qonaqlar hesabı açıblar. Lakin ikinci hissədə "topçular" ardıcıl 3 qolla geridönüş edərək adlarını yarımfinala yazdırmağı bacarıblar. Jesus het-trikə imza atıb. Hərçənd, "Kristal Pelas" bu qollardan birinin əvəzini çıxsa da, komandanın daha artığına gücü çatmayıb - 3:2.

Qeyd edək ki, "Arsenal"ın yarımfinaldakı rəqibi dekabrın 20-də baş tutacaq püşkatmadan sonra bəlli olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью