İngiltərə Liqa Kuboku: Mançester Yunayted dördüncü liqa klubuna uduzdu

28.08.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

İngiltərənin dördüncü liqasında mübarizə aparan "Qrimsbi Taun" Liqa Kubokunda "Mançester Yunayted"i üstələyib.

Oxu.Az xəbər verir ki, turnirin 2-ci mərhələsinin oyununda qalibi penaltilər müəyyənləşdirib.

Əsas vaxt 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə meydan sahibləri daha dəqiq olmaqla "qırmızı şeytanlar"ı yarışdan kənarlaşdırıblar - 12:11.

Xatırladaq ki, turnirin hazırkı qalibi ötənilki finalda "Liverpul"u məğlub edən (2:1) "Nyukasl"dır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью