İngiltərə Liqa Kubokunun 1/4 finalında “Mançester Siti” “Brentford”u məğlub edib VİDEO

18.12.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İngiltərə Liqa Kubokunun dörddəbir final mərhələsinin “Mançester Siti” və “Brentford” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun “Etihad” stadionunda (Mançester) baş tutub. Meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar.

“Mançester Siti”nin hücumçusu Rayan Çerki oyunun ilk qolu 32-ci dəqiqədə vurub. Yarımmüdafiəçi Savio 67-ci dəqiqədə meydan sahiblərinin üstünlüyünü ikiqat artırıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью