İngiltərə Mərkəzi Bankı faizi sabit saxlayıb

17.09.2026

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Mərkəzi Bankı faizi sabit saxlayıb.

Banco.az xəbər verir ki, İngiltərə Mərkəzi Bankı (BOE) Yaxın Şərqdəki münaqişələr nəticəsində inflyasiya təzyiqlərinin güclənəcəyi təqdirdə faiz artımına ehtiyac yarana biləcəyi barədə xəbərdarlıq edərək uçot faiz dərəcəsini 3,75 faiz səviyyəsində sabit saxlayıb.

Bank uzunmüddətli dövlət istiqrazlarının (“gilt”) satışı planından imtina etdiyini açıqlayıb və 488 milyard funt-sterlinqlik istiqraz portfelini 2034-cü ilin sentyabrınadək azaltmağı planlaşdırdığını bildirib.

BOE gələn ilin əvvəlində inflyasiyanın 2 faizlik hədəfin iki qatına çatacağını gözləyir. Bank üçüncü rüb üzrə ümumi daxili məhsulun (ÜDM) artım proqnozunu isə 0,4 faizə yüksəldib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью