sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Maykl Kerrikin "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən uzaqlaşdırılması gözlənilir. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Onu əvəz edə biləcək namizədlərin axtarışına artıq başlanılıb. 13 gündən sonra "Enfild"də "Liverpul"a qarşı keçiriləcək səfər oyununa qədər komandada dəyişikliklərin olacağı ehtimal edilir.
"Qırmızı şeytanlar" bütün turnirlərdə keçirdikləri son 10 matçdan yalnız birində qələbə qazana bilib. Premyer Liqada 9 turdan sonra komanda komanda turnir cədvəlində düşmə zonasına qərarlaşıb.
Qeyd edək ki, Manşester təmsilçisi hazırda 18-ci yerdədir. Komanda Premyer Liqanın 10-cu turunda "Aston Villa" ilə heç-heçə edib - 4:4.