İngiltərə milli futbol komandası tarixdə ilk dəfə Afrika komandasına məğlub oldu

11.06.2025

Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərə milli futbol komandası tarixdə ilk dəfə Afrika komandasına məğlub oldu


Futbol üzrə İngiltərə milli komandası yoldaşlıq görüşündə Seneqala məğlub olub.
Nottingemdə (İngiltərə) keçirilən oyun 3:1 hesabı ilə geri dönüş qələbəsi qazanan qonaqların xeyrinə başa çatıb. Harri Keyn britaniyalıları önə çıxarsa da, daha sonra İsmaila Sarr, Həbib Diarra və Şeyx Səbali növbə ilə qol vurublar.
“BBC Sport” və “Opta”-nın məlumatına görə, İngiltərə milli futbol komandası tarixdə ilk dəfə afrikalı rəqibə uduzub və ilk dəfə afrikalı rəqiblərindən üç qol buraxıb.
İngiltərə yığması əvvəllər 15 dəfə Afrika təmsilçilərinə qalib gəlib, altı dəfə heç-heçə edib.
Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью