İngiltərə millisi 60 il sonra tilsimi qırdı

01.07.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərə millisi 60 il sonra tilsimi qırdı

İngiltərə millisi DÇ-2026-nın 1/16 finalında Konqo Demokratik Respublikasını 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

QOL.az xəbər verir ki, hesabda geri düşən ingilislər ikinci hissədə Harri Keynin vurduğu iki qolla qələbəni təmin ediblər.

"Opta"nın məlumatına görə, İngiltərə millisi bununla da dünya çempionatları tarixində 1966-cı ildən bəri ilk dəfə hesabı birinci açan rəqibinə qarşı geri dönüş edərək qalib gəlib.

Qeyd edək ki, İngiltərə yığması 1/8 finalda Meksika ilə qarşılaşacaq. Görüş Mexikodakı "Asteka" stadionunda keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью