İngiltərə millisi gücləndirilmiş mühafizə altında

05.07.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərə millisi gücləndirilmiş mühafizə altında

DÇ-2026-nın 1/8 finalında Meksika ilə qarşılaşacaq İngiltərə millisinin təhlükəsizliyi gücləndirilib.

QOL.az BBC-yə istinadən xəbər verir ki, iyulun 6-da Mexikodakı “Asteka” stadionunda keçiriləcək oyun öncəsi İngiltərə millisinin qaldığı oteli 100-dən çox zirehli polis əməkdaşı mühafizə edir.

Buna səbəb komandanın Meksika azarkeşləri tərəfindən kobud şəkildə qarşılanması olub. İngiltərə millisinin avtobusu otelə çatarkən yüzlərlə azarkeş futbolçuları fitə basıb və Meksika millisinin adını səsləndirib.

Otelin ətrafı polis tərəfindən mühasirəyə alınıb, əraziyə maneələr quraşdırılıb. Təhlükəsizliyin təmin olunmasına milli qvardiya əməkdaşları, xidməti itlər və dronlar da cəlb edilib.

Qeyd edək ki, Meksika millisi “Asteka” stadionunda uğurlu statistikaya malikdir. Komanda burada keçirdiyi 89 oyunda cəmi 2 dəfə məğlub olub və dünya çempionatlarında bu arenada 10 matçdır uduzmur.
Meksika - İngiltərə oyunu iyulun 6-sı Bakı vaxtı ilə saat 04:00-da başlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью