İngiltərə millisi qrup lideri oldu (YENİLƏNİB)

28.06.2026

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbol üzrə dünya çempionatında İngiltərə Panamaya qalib gəlib. Nyu-York/Nyu-Cersi stadionunda keçirilən L qrupunun III turunun matçında avropalılar rəqibini 2:0 hesabı ilə üstələyiblər.

Qolları 62-ci dəqiqədə Cud Bellineqem, 67-ci dəqiqədə isə Harri Keyn vurub.

Bu qələbə sayəsində Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv qrupu 7 xalla birinci sırada tamamlayıb.

Mətləb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью