İngiltərə millisi yarımfinala gedən yolda itkilərlə üzləşə bilər

11.07.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

İngiltərə millisi yarımfinala gedən yolda itkilərlə üzləşə bilər

Bu gün DÇ-2026-nın 1/4 final mərhələsində Norveç və İngiltərə milliləri üz-üzə gələcək.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, İngiltərə yığmasının beş futbolçusu sarı vərəqə limitini doldurmaq təhlükəsi ilə üzləşib.

Cəza təhlükəsi ilə üzləşən futbolçular yarımmüdafiəçilər Deklan Rays, Cud Bellinqem və Cordan Henderson, həmçinin müdafiəçilər Mark Qehi və Niko O'Rayllidir. Onlardan hər hansı biri Norveçlə matçda sarı vərəqə görərsə, komandasının yarımfinala yüksələcəyi halda növbəti oyunda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Norveç - İngiltərə qarşılaşması iyulun 12-də Bakı vaxtı ilə 01:00-da keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью