İngiltərə millisində 8 itki

13.11.2024

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərə millisinin 8 üzvü komandanın Millətlər Liqasında Yunanıstan və İrlandiya ilə oyunlarını buraxacaq. 

QOL.az xəbər verir ki, bunlar Aaron Ramsdeyl, Trent Aleksander-Arnold, Livay Koluill, Fil Foden, Deklan Rays, Koul Palmer, Cek Qriliş və Bukayo Sakadır. 

Onların əvəzinə milliyə Ceyms Trafford, Carred Brantueyt, Tino Livramento, Morqan Rocers və Carrod Boueni cəlb olunub. 

Qeyd edək ki, İngiltərə millisi Yunanıstanla noyabrın 14-də, İrlandiya ilə isə noyabrın 17-də qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью