Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
İngiltərə millisinin müdafiəçisi Niko O’Rayli zədə səbəbindən milli komandanın düşərgəsindən ayrılıb.
QOL.az xəbər verir ki, “TalkSPORT”un məlumatına görə, 21 yaşlı futbolçu “Mançester Siti”yə qayıdıb və Millətlər Liqasının qalan oyunlarında iştirak etməyəcək.
O’Rayli İngiltərənin Çexiya ilə 2:0 hesablı qələbə qazandığı oyunu buraxıb. Futbolçu Xorvatiyaya və Çexiyaya qarşı keçiriləcək növbəti oyunda iştirak etməyəcək. O, zədəsinin ciddilik dərəcəsini müəyyənləşdirmək üçün əlavə müayinədən keçəcək.
Xatırladaq ki, O’Rayli İngiltərə millisinin Millətlər Liqası oyunları üçün ilkin heyətindən ayrılan 6-cı futbolçudur. Daha əvvəl Koul Palmer, Deklan Rays, Markus Reşford, Kobbi Maynu və Tino Livramentonun komandadan ayrıldığı açıqlanıb.
Bizi İnstaqramda izləmək üçün kliklə!