İngiltərə millisində növbəti zədə

28.06.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərə millisində növbəti zədə

İngiltərə millisinin müdafiəçisi Carell Kuansa zədə səbəbindən komandanın düşərgəsində narahatlıq yaradıb.

QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, DÇ-2026-nın qrup mərhələsində Panama ilə keçirilən və 2:0 hesabı ilə başa çatan matçda zədələnən futbolçu ikinci hissədə meydanı tərk edib.

Baş məşqçi Tomas Tuxel Kuansanın topuğunu burxduğunu və vəziyyətinin ciddi görünmədiyini bildirib. Onun sözlərinə görə, müdafiəçi əvvəllər də oxşar zədə alıb və bərpasının bir neçə gün çəkəcəyi gözlənilir.

Kuansa İngiltərə millisində zədələnən üçüncü sağ cinah müdafiəçisi olub. Bundan əvvəl Tino Livramento və Ris Ceyms də sıradan çıxmışdı. 

Qeyd edək ki, L qrupunu lider başa vuran İngiltərə 1/16 finalda Konqo DR ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью