İngiltərə millisinə tornado xəbərdarlığı edildi

14.06.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə millisinə tornado xəbərdarlığı edildi

İngiltərə millisi ABŞ-də keçirilən dünya çempionatı zamanı tornado təhlükəsi ilə üzləşib.

Qol.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Bildirilib ki, şənbə günü axşam saatlarında Kanzas-Siti bölgəsinin böyük hissəsi üçün mümkün tornado ilə bağlı xəbərdarlıq elan edilib. Yerli vaxtla saat 20:00 radələrində İngiltərə millisinin nümayəndələri ABŞ Milli Meteorologiya Xidmətindən avtomatik bildirişlər alıblar.

Mesajlarda güclü tornado təhlükəsinin olduğu qeyd edilib və hər kəsə pəncərələrdən uzaq, möhkəm tikililərdə sığınmaq tövsiyə olunub.

Xəbərdarlığa səbəb saatda 80 milə (təxminən 130 km/saat) çatan güclü külək ehtimalı olub.

Daha sonra təhlükəsizlik məqsədilə Kanzas-Sitidə olan İngiltərə millisinin bütün üzvlərinə müəyyən müddət ərzində qapalı məkanlarda qalmaq göstərişi verildiyi bildirilib. Komanda dünya çempionatının oyunlarına hazırlığını davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью