İngiltərə millisinin hücumçusu Mançester Yunayted ə keçə bilər

05.11.2026

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Hazırda "Əl-Əhli"də çıxış edən Ayven Touni İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" ingiltərəli futbolçunu heyətinə qatmaqda maraqlıdır. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

Hücum xəttini gücləndirməyə çalışan "qırmızı şeytanlar" 30 yaşlı qolçunu icarə əsasında komandaya cəlb etmək variantını nəzərdən keçirirlər.

Qeyd edək ki, "Əl-Əhli" Ayven Tounini 2024-cü ilin yayında "Brentford"dan 42 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə Səudiyyə Ərəbistanı çempionatında keçirdiyi 9 oyunda 12 qol vurub. 30 yaşlı forvardın klubla hazırkı müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə qədər qüvvədədir.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью