İngiltərə millisinin keçmiş hücumçusu üçüncü divizion klubuna keçdi

27.09.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Liverpul" və İngiltərə millisinin keçmiş hücumçusu Denni İnqs azad agent kimi İngiltərənin üçüncü divizion təmsilçisi "Uikomb"a keçib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, yeni komandasında 28 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 34 yaşlı hücumçu ötən mövsümü "Şeffild Yunayted"də keçirib. O, Çempionşipdə meydana çıxdığı 23 oyunda iki qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью