İngiltərə millisinin keçmiş üzvü A Seriyasının autsayderi ilə müqavilə imzalayıb

20.01.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

İngiltərə milli futbol komandası və “Tottenhem” klubunun sabiq üzvü Dele Alli İtaliya A Seriyasının “Komo” klubuna keçib.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlum olub ki, 28 yaşlı ingilis 2026-cı ilin yayınadək müqavilə imzalayıb. Müqaviləyə həmçinin daha bir mövsüm uzatma seçimi də daxil ediləcək.

İngilis futbolçu 2024-cü ilin yayında “Everton”dan ayrılıb, o vaxtdan sərbəst agent statusunda qalıb. Klub karyerasında o həmçinin İngiltərənin “Milton Keyns Dons” və Türkiyənin “Beşiktaş” klublarında çıxış edib. Alli 2015-2022-ci illərdə “Tottenhem”in heyətində oynayıb.

Alli İngiltərə milli komandasının əsas heyətində 2015-ci ildə debüt edib. Ümumilikdə milli komanda üçün 37 oyun keçirib və üç qol vurub. Futbolçu 28 yaşındadır və mərkəz yarımmüdafiəçi mövqeyində çıxış edir.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью