İngiltərə millisinin sabiq futbolçusu cəzalandırıldı

25.11.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinq şərti olaraq bir il müddətinə azadlıqdan məhrum edilib.

Bakıvaxtı.az xəbər verir ki, 31 yaşlı futbolçu təhlükəli avtomobil idarə etmək, azot oksidi saxlamaq və istifadə etmək, həmçinin tibbi müayinədən keçməkdən imtina etməkdə təqsirli bilinib.

Sterlinq 100 saat ictimai işlərə cəlb edilib, iki il müddətinə sürücülük hüququndan məhrum olunub. Bundan başqa, ona 18 aylıq sınaq müddəti təyin edilib.

Xatırladaq ki, bu ilin yazında Sterlinq “Lamborghini” markalı avtomobili ilə qəzaya düşüb. O, magistral yolda avtomobilini yolun qoruyucu səddinə çırpıb. Polis futbolçunun avtomobilində nəfəs yolu ilə qəbul edilən azot qazı balonları aşkar edib. Sterlinq isə saxlanıldıqdan sonra analiz verməkdən imtina edib.

Hazırda azad agent statusunda olan futbolçunun son klubu Niderlandın “Feyenoord” komandası olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью