İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi

07.11.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi

İngiltərə millisinin sabiq müdafiəçisi Konnor Koudi 33 yaşında peşəkar futbolçu karyerasını başa vurub.

QOL.az xəbər verir ki, o, qərarını “Instagram” hesabında paylaşdığı video ilə açıqlayıb. Koudi son olaraq “Rekshem” və “Çarlton”da çıxış edib. Karyerası ərzində “Vulverhempton”, “Lester”, “Everton” və “Liverpul”da da oynayıb.

Müdafiəçi İngiltərə millisinin heyətində 10 oyun keçirib, 2020-ci il Avropa çempionatının gümüş medalını qazanıb və 2022-ci il dünya çempionatının iştirakçısı olub. O, klub səviyyəsində ümumilikdə 503 matça çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью