İngiltərə millisinin üzvü 3 aylıq sıradan çıxdı

07.05.2025

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərənin "Tottenhem" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Ceyms Meddison sıradan çıxıb.

İngiltərəli futbolçu dizindən zədə alıb. 28 yaşlı hücumameyilli yarımmüdafiəçi təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq. Təcrübəli oyunçu növbəti mövsümün əvvəlinə kimi oynamağa hazır olacaq.

Qeyd edək ki, "Tottenhem" Ceyms Meddisonu 2023-cü ilin yayında "Lester Siti"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm London klubunun heyətində meydana çıxdığı 45 rəsmi matçda 12 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью