İngiltərə millisinin üzvü Çempionşipdə oynayacaq

09.06.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Çempionşipdə çıxış edən "Vulverhempton" təcrübəli müdafiəçi Kiran Trippyerlə müqavilə imzalayıb. 

Fanat.Az xəbər verir ki, keçidi klubun mətbuat xidməti rəsmən elan edib. 

O, kluba pulsuz başa gəlib. 35 yaşlı futbolçu 2 illik müqavilə imzalayıb. Yeni baş məşqçi Rob Edvardsın istəyinə görə komandaya cəlb olunan Trippyer komandanın Premyer Liqaya qayıtmasına kömək etməlidir. 

O, bundan əvvəl "Nyukasl"da oynayıb və son 4 ili orada keçirib, komandanın əsas oyunçusu olub. Trippyer həmçinin "Tottenhem", "Atletiko Madrid" və "Börnli" kimi klublarda da çıxış edib. O, İngiltərə millisində 54 oyun keçirib. 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью