İngiltərə millisinin üzvü daha 5 il Yunayted də RƏSMİ

30.04.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

"Mançester Yunayted" futbolçusu Kobbi Meynu ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ingiltərəli oyunçu ilə yeni müqavilə imzalayıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi 2031-ci ilin yayınadək "qırmızı şeytanlar"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Kobbi Meynu "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 26 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Həftənin futbolçusu adına namizədlər bəlli oldu Kadıoğlu “Yunayted”in hədəfində Mudrikə 4 illik diskvalifikasiya PSJ-də ciddi itki Türkiyə Kubokunun finalı Antalyada
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью