İngiltərə millisinin üzvü ilə yeni müqavilə imzalandı

19.11.2024

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərənin "Aston Villa" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Morqan Rocersin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2023-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Aston Villa" Morqan Rocersi bu ilin fevral ayında "Midlzbro"dan transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью