İngiltərə millisinin üzvü Mançester Siti nin hədəfində

19.04.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Bu"Nottingem Forest"in futbolçusu Morqan Gibbs-Uayt Premyer Liqada klubunu dəyişməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Mançester Siti" ingiltərəli hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Şəhərlilər"in 25 yaşlı oyunçunu yayda heyətinə qatmaq şansları yüksək qiymətləndirilir.

Qeyd edək ki, "Nottingem Forest" Morqan Gibbs-Uaytı 2022-ci ilin yayında "Vulverhempton"dan transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью