İngiltərə millisinin üzvü Mançester Siti yə keçə bilər

17.11.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mançester Siti" 2026-cı ilin yayı üçün "Nyukasl"ın sağ cinah müdafiəçisi Valentino Livramentonu potensial transfer prioritetlərindən biri kimi nəzərdən keçirir.

Sportal.az xəbərr verir ki, ingiltərəli futbolçu artıq Pep Qvardiolanın komandasının qısa siyahısına düşüb. Bu barədə jurnalist Ben Ceykobs məlumat verib.

"Mançester Yunayted" də 23 yaşlı oyunçunu izləyir. Lakin klub hələlik heç bir konkret addım atmayıb.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Livramento bu mövsüm "Nyukasl"ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun  klubla müqaviləsi 2028-ci ilin ortalarınadək qüvvədədir.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью