İngiltərə millisinin üzvü “Yunayted”də 300 ə çatdı

30.11.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XIII turunda səfərdə “Kristal Pelas”la qarşılaşıb.

Apasport.az xəbər verir ki, görüş “qırmızı şeytanlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandanın müdafiəçisi Luk Şou üçün oyun əlamətdar olub.

30 yaşlı futbolçu klubun heyətində 300-cü rəsmi matçına çıxıb.

İngilis müdafiəçi “Mançester Yunayted”lə Liqa Kubokunu, FA Super Kubokunu və Avropa Liqasını qazanıb.

Qeyd edək ki, İngiltərə millisinin üzvü 2014-cü ildə “Sauthempton”dan “Mançester Yunayted”ə transfer olunub.

"Liverpul" və "Mançester Siti" Premyer Liqa forvardını hədəfləyir Messinin komandası finalda "Bavariya" rekordunu təkrarlayıb Lionel Messi yeni rekorda imza atıb La Liqa: Nəhənglərdən qələbə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью