İngiltərə millisinin vacib əşyaları oğurlandı

13.06.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərə millisinin vacib əşyaları oğurlandı

İngiltərə millisinin düşərgəsində xoşagəlməz hadisə yaşanıb.

QOL.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb Bildirilib ki, komandanın Florida ştatından Kanzas Sitiyə göndərilən avadanlıqlarının bir hissəsi yolda oğurlanıb. Oğurlanan əşyalar arasında futbolçuların butsları, toplar və məşq ləvazimatları da var.

Bununla yanaşı, baş məşqçi Tomas Tuhelin istifadə etdiyi taktiki lövhələr, analitik avadanlıqlar və masaj masalarının da yoxa çıxdığı bildirilir.

İngiltərə millisi dünya çempionatına hazırlıq çərçivəsində Floridada təlim-məşq toplanışı və yoxlama oyunları keçirib. Komanda burada Yeni Zelandiya, Kosta-Rika və “Mayami Yunayted” üzərində qələbələr qazanıb.

Qeyd edək ki, İngiltərə yığması DÇ-2026-da ilk oyununu iyunun 17-də Xorvatiya millisinə qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью